Millimizdən Gürcüstanda növbəti qələbə

Millimizdən Gürcüstanda növbəti qələbə

Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığmamız ilk görüşdə məğlub olduğu güclü "Zaza Pachulia Academy" komandasına bu dəfə 88-87 hesabı ilə qalib gəlməyi bacarıb.

Qeyd edək ki, təlim-məşq toplanışında üç hazırlıq oyunu keçirən Tahir Baxşıyevin yetirmələri bu oyunların ikisində qalib, birində isə məğlub olublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər