Millimiz türklərə qalib gəldi

Millimiz türklərə qalib gəldi

Azərbaycanın basketbol üzrə gənclərdən ibarət yığması (U-20) İstanbulda (Türkiyə) təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq oyunu keçirib.

Fanat.Az xəbər verir ki, milli yerli komandalarla qarşılaşıb. Komanda əvvəlcə "Göktürk Basketbol Akademiyası" komandasını (60:55), sonra isə "Atletik İstanbul"u (81:65) məğlub edib.

Daha bir görüş isə Türkiyənin gənclərdən ibarət yığmasına (U-18) qarşı olacaq.

Qeyd edək ki, Azərbaycan komandası toplanışı iyulun 4-də başa vuracaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər