Millimiz “Şamaxı”ya məğlub oldu

Millimiz “Şamaxı”ya məğlub oldu

Bakıda təlim məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Fanat.Az xəbər verir ki, Bakı Olimpiya Sstadionunda “Şamaxı” komandası ilə qarşılaşan yığma 2:3 hesabı ilə məğlub olub.

Millinin heyətində Samir Abdullayev və Camal Cəfərov fərqlənib. “Şamaxı”nın heyətində isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı qol vurub.

Qeyd edək ki, U-21 sentyabrın 27-də beynəlxalq yoxlama oyunu çərçivəsində moldovalı yaşıdları ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər