Millimiz "Şamaxı" ilə üz-üzə gələcək

Millimiz "Şamaxı" ilə üz-üzə gələcək

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sınaq matçında rəqib Premyer Liqada çıxış edən “Şamaxı” olacaq.

Sentyabrın 24-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 19:00-da başlayacaq.

Bundan əlavə, U-21-in hazırlıq prossesinə daha bir futbolçu cəlb olunub. "Səbail" klubunun üzvü Samir Abdullayev düşərgəyə qoşulub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər