Millimiz beynəlxalq turnirdə mübarizəyə başlayır

Millimiz beynəlxalq turnirdə mübarizəyə başlayır

25 dekabrdan Türkiyənin İstanbul şəhərində yerləşən "Fənərbaxça" uşaq basketbol klubunun təsislərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlarlardan ibarət U-13 Azərbaycan yığması, hazırlıq prosesini uğurla tamamlayıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Vasili Mçedlişvilinin rəhbərlik etdiyi yığmamız yanvarın 3-nə qədər davam edən toplanışda məşqlərdən əlavə, yerli klublarla hazırlıq oyunları da keçirib.

Təlim-məşq prosesində əsas məqsəd, bu gündən İstanbul şəhərində start götürəcək "Avropa Gənc Basketbol Liqası" adlı turnirə hazırlıq olub.

Yığma komandamızın turnirdəki oyun təqvimini təqdim edirik:

4 yanvar Azərbaycan U-13 - "Baxçaşəhər" U-13 (Türkiyə)

5 yanvar Azərbaycan U-13 - "Dan Dacian" U-13 (Rumıniya)

6 yanvar Azərbaycan U-13 - "Saudiyə" U-13 (Türkiyə)

7 yanvar Azərbaycan U-13 - "İstanbul Akademiyası" U-13 (Türkiyə)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər