Millimiz Avropa Kubokunun seçmə oyunları üçün Kiprə yollandı

Millimiz Avropa Kubokunun seçmə oyunları üçün Kiprə yollandı

3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması Serbiyadakı təlim-məşq toplanışını başa vurub.

Fanat.Az xəbər verir ki, Orxan Aydın, Endar Poladxanlı, Amil Həmzəyev, Zaur Paşayev və Cordan Devisdən ibarət milli Avropa Kubokunun seçmə oyunlarını keçirəcəkləri Kiprin Limassol şəhərinə yollanıb.

Xatırladaq ki, Azərbaycan yığması B qrupunda Kipr, Andorra və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Digər qrupda isə İrlandiya, Kosovo və Albaniya yarışacaq. Qarşılaşmalar iyunun 4-5-də keçiriləcək. Finalçılar sentyabrın 9-11-də Qrasda (Avstriya) keçiriləcək Avropa Kubokuna vəsiqə qazanacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər