Millimiz 4 pillə irəliləyib - Reytinq

Millimiz 4 pillə irəliləyib - Reytinq

Qadın basketbolçulardan ibarət milli komandaların dünya reytinqi açıqlanıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin FİBA-nın cədvəlindəki yeri bəlli olub.

Evren Alkayanın yetirmələri planetin 103-cü komandasıdır. Yığmamızın hesabında 55,4 xal var.

Millimiz ötən cədvəllə müqayisədə 4 pillə irəliləyib. Hesabat dövründə AVRO-2025-in son iki seçmə oyununa çıxan komandamız Belçikaya 24:97, Polşaya 34:88 hesabı ilə uduzub. Məğlubiyyətlərə baxmayaraq irəliləmək digər ölkələrin geriləməsi ilə bağlıdır.

Qeyd edək ki, 118 yığmanın yer aldığı cədvələ 888,2 xala malik ABŞ başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər