Millilərimiz seçmə mərhələyə qələbə ilə başladı

Millilərimiz seçmə mərhələyə qələbə ilə başladı

3x3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində keçirilən Avropa Kubokunun seçmə mərhələsinə qələbə ilə start götürüblər.

Azərbaycan Basketbol Federasiyasından Fanat.Az-a verilən məlumatına görə, qadınlardan ibarət yığma açılış oyununda A qrupunda yer alan Malta seçməsini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət milli də Maltadan güclü olub – 20:14. Kişi basketbolçular qrupda növbəti matçlarını Bakı vaxtı ilə saat 16:50-də yerli Kiprə qarşı keçirəcəklər.

Bundan 50 dəqiqə sonra isə qadınlardan ibarət komanda İrlandiya ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər