Milli üzvü "Qarabağ"dan ayrıldı - RƏSMİ

Milli üzvü "Qarabağ"dan ayrıldı - RƏSMİ
"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Müqaviləsi müddəti başa çatan milli komandamızın üzvü Araz Abdullayevlə yeni sözləşmə imzalanmayıb. Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, "Qarabağ"da kapitan Rəşad Sadıqov karyerasını bitirib. Nicat Mehbalıyev "Sabah"a keçib, Ailton Silva müqavilə məxsus olduğu "Ştutqart"a dönüb. "Qarabağ" həmçinin Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov və Miçellə yolları ayırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər