Millət vəkili: "Qarabağ" döyüşərək uduzdu"

Millət vəkili: "Qarabağ" döyüşərək uduzdu"

"Bu millət döyüşürək uduzanda belə yenə də öz qəhrəmanlarına sahib çıxır. "Qarabağ" "Roma"ya döyüşərək uduzdu, şəxsən mən "Qarabağ"ın taktikasından razı qaldım". Fanat.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, "Qarabağ"ın məğlubiyyətinə təcrübəsizlik səbəb olub: "Təcrübəsizlik əlbəttə, öz sözünü deyir, oyun başlayan ilk 15 dəqiqədə oyunçuların və qapıçının həyəcanını başa düşmək olar, əsas məsələ "Qarabağ"ın istənilən rəqib qarşısında öz taktiki sisteminə sadiq qalması və bərabər səviyyədə ən güclü rəqiblə oynamasıdı. Çox ağır "Çelsi" məğlubiyyətindən sonra komandamızın dimdik ayaqda durması və "Roma" kimi rəqibə qarşı sürprizə yaxın olması xeyli ümidverici təəssürat yaratdı. Nəticəyə oynamaq lazımdı, ancaq elə güclü rəqiblərlə qarşı-qarşıyayıq ki, burada nəticədən daha çox özümüzü layiqli döyüşən komanda kimi təqdim etmək daha vacibdi. Bu gözəl oyuna görə "Qarabağ"ımıza bir daha təşəkkürlər!"

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər