Milikin "Qarabağ"la oyunda geyindiyi forma satışa çıxarıldı

Milikin "Qarabağ"la oyunda geyindiyi forma satışa çıxarıldı

Polşa millisinin və İtaliya "Yuventus"unun futbolçusu Arkadiuş Milikin "Olimpik Marsel"in sıralarında Bakıda "Qarabağ"a qarşı keçirilmiş UEFA Konfrans Liqasının pley-off oyununda geyindiyi forma auksionda satışa çıxarılıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, futbolkanın başlanğıc qiyməti 630 Polşa zlotu və ya təqribən 1,575 manatdır.

Milik imzalı formasını oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq, həmyerlisi, görüşün referisi Bartoş Frankovskiyə hədiyyə edib. FIFA dərəcəli hakim isə formanı ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb.

Qeyd edək ki, "Qarabağ" - "Marsel" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu Fransadakı matçda da rəqibinə uduzub - 1:3.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər