"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır

"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır
"Milan” qapıçısı Asmir Beqoviçlə bu mövsümün sonu yolları ayıracaq.
"Report” "Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "qırmızı-qaralar" 33 yaşlı qolkiperi müqavilə ilə məxsus olduğu İngiltərə "Bornmut"undan almayacaq.
Bosniya və Herseqovina yığmasının üzvü yenidən İngiltərəyə qayıtmalı olacaq. "Bornmut"un isə Beqoviçi heyətində saxlayıb-saxlamayacağı bəlli deyil. 
Qeyd edək ki, bosniyalı qapıçı bu mövsümün ilk yarısını icarə əsasında "Qarabağ”da keçirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər