Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş - FOTO/VİDEO

Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş - FOTO/VİDEO
İyunun əvvələrində Bakı Metropolitenində polisin qanunu əmrinə tabe olmayan və müqavimət göstərən şəxslərdən biri - Şirzad Şirzadov basketbol üzrə Azərbaycan yığmasının üzvü olub. O, U-20 milli komandamızda çıxış edib. 
 
Şirzadov Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham olunub.
Onun barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu müddət başa çatmasına bir neçə gün qaldığı üçün istintaqın təqdimatı ilə Ş.Şirzadovun həbs müddəti uzadılıb. 
Onun həbsdən azad olunmasıyla bağlı vəkilinin verdiyi vəsatət Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyev tərəfindən rədd edilib. İdmançı həbsdə qalıb. 
Metroda polisə müqavimət göstərən millimizin üzvü imiş - FOTO/VİDEO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər