Messi "İnter Mayami"ni yarımfinala daşıdı - VİDEO

Messi "İnter Mayami"ni yarımfinala daşıdı - VİDEO

"İnter Mayami" MLS-də 1/4 final mərhələsinin oyununda "Sinsinnati"ni 4:0 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, argentinalı superulduz Lionel Messi komandasının bütünm qollarının təşkilində iştirak edib.

O,  görüşdə 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Beləliklə, "İnter Mayami" turnirin yarımfinalına yüksəlib. Komanda "Filadelfiya" – "Nyu-York Siti" matçının qalibi ilə qarşılaşacaq.

Lionel Messi bu mövsüm Amerika klubunun heyətində bütün yarışlarda 43 oyun keçirib, 41 qol vurub və 20 məhsuldar ötürmə edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər