Messi final matçında belə yadda qaldı - VİDEO

Messi final matçında belə yadda qaldı - VİDEO

"İnter Mayami" "Campeones Cup" finalında "Kruz Azul"u 2:0 hesabı ilə məğlub edərək çempion olub.

Fanat.Az xəbər verir ki, Lionel Messi matça əsas heyətdə başlayıb.

O, 24-cü dəqiqədə hesabı açan qolu vurub və 81-ci dəqiqədə Kazemironun fərqlənməsində məhsuldar ötürməni həyata keçirib.

Bir qol və bir asistlə yadda qalan 39 yaşlı argentinalı ulduz finalın ən yaxşı oyunçusu seçilib.

 

Ümumilikdə 53-cü finalına çıxan Messi, "İnter Mayami" forması ilə 100-cü dəfə topu tora qovuşdurub və karyerasındakı kubokların sayını 49-a çatdırıb.

1175 oyun keçirən Messinin hesabında ümumilikdə 929 qol və 424 məhsuldar ötürmə var.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər