Messi atasının ölümündən sonra ilk matçına çıxdı və...

Messi atasının ölümündən sonra ilk matçına çıxdı və...

“İnter Mayami” Liqalar Kubokunun qrup mərhələsində Meksikanın “Leon” klubuna məğlub olub (2:3).

Fanat.Az xəbər verir ki, “İnter Mayami”nin qollarını Daniel Pinter və Yannik Brayt vurublar. “Leon”da isə Daniel Arsila dubl edib, Xuan Dominqes isə bir dəfə topu tora qovuşdurub.

Lionel Messi 46-cı dəqiqədə meydana daxil olub, lakin o heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.

Bu görüş argentinalı vingerin atası Xorxe Messinin vəfatından sonra ilk oyunu olub.

Superulduz bu mövsüm Amerika klubunun heyətində 19 matça çıxaraq, 15 qol və 8 məhsuldar ötürmə edib.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər