Məşhur nəşr "Qarabağ" klubundan yazdı

Məşhur nəşr "Qarabağ" klubundan yazdı
Niderlandın məşhur "de Volkskrant" nəşri "Qarabağ"dan reportaj hazırlayıb.
 
Fanat.Az xəbər verir ki, yazıda "Qarabağ"ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, "İmarət" stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq uğurlu çıxışı qeydə alınıb.
 
Eyni zamanda klubun bazasında olan qəzetin əməkdaşı baş məşqçi Qurban Qurbanovdan da komandanın uğurlu çıxışı haqqında fikirlərini, komandasının təmsil etdiyi şəhərin işğaldan azad edilməsi  və məşqçi Müşfiq Hüseynovdan yenidən  "İmarət"də olması haqda duyğularını öyrənib. Həmçinin yazıda "Qarabağ" "Qafqazın "Barselona"sı" kimi təqdim edilib.
 
 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər