Məşhur basketbolçu karyerasını bitirdi

Məşhur basketbolçu karyerasını bitirdi
Vins Karter professional karyerasını bitirdiyini açıqlayıb.
Karter 1998-ci il NBA draftında 5-ci sıradan seçilmişdi. 43 yaşlı basketbolçu 22 illik karyerası ərzində "Toronto" (1998-2004), "Nyu-Cersi" (2004-2009), "Orlando" (2009-2010), "Finiks" (2010-2011), "Dallas" (2011-2014), "Memfis" (2014-2017), "Sakramento" (2017-2018) və "Atlanta" (2018-2020) klublarının formasını geyinib.
Karter 1999-cu ildə NBA-da debüt edənlər arasında ən yaxşı basketbolçu seçilib. O, 8 dəfə "Ulduzlar oyunu"nun iştirakçısı olmaqla yanaşı, bir dəfə (2000) dank yarışmasının qalibi adını qazanıb.
Karter karyerası ərzində 1541 matçda oynayıb və 16,7 xal, 4,3 ribaund, 3,1 asist ortalamaları ilə yadda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər