Məşhur atlet "Qarabağ"dan danışdı

Məşhur atlet "Qarabağ"dan danışdı
Londonda keçirilən Dünya Atletika Çempionatının 200 metr məsafəyə qaçış yarışlarında dünya çempionu olaraq tarix yazan Ramil Quliyev "Qarabağ"dan danışıb. Fanat.Az xəbər verir ki, Anadolu Agentliyinə danışan atlet təmsilçimizin Çempionlar Liqasında uğur qazanacağına inandığını deyib."Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionunun olmasıməni xoşbəxt edir. Bu Azərbaycan futbolu üçün böyük uğurdu. "Qarabağ" daha yaxşısını edə biləcək potensiala sahibdi. İnşallah, uğurlu nəticələr alaraq bizi qürurlandırarlar" deyə Ramil bildiribAtlet üzvü olduğu "Fənərbaxça" klubunun futbol komandasının uğursuz çıxışı ilə bağlı da danışıb. Avropa Liqasında qrupa düşə bilməyən, Super Liqada keçirdiyi 4 oyunda cəmi 1 qələbə qazanan komandanın oyunlarını izlədiyini bildirən Ramil "Mövsüm yeni başlayıb. Hər şey dəyişə bilər. Komandaya yeni futbolçular cəlb olunub. "Fənərbaxça"nın daha yaxşı olacağına inanıram. İnşallah, mövsümü uğurlu nəticələrlə tamamlayarlar" deyib.Quliyev karyerasına son qoyan yamaykalı atlet Usaynun futbol oynamaq istəyi ilə bağlı da danışıb: "Bolta təklif gəlsə belə uzun müddət futbol oynaya bilməz".Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər