Meriç "Gəncə"yə məğlubiyyəti şərh etdi

Meriç "Gəncə"yə məğlubiyyəti şərh etdi

"Şəki"nin baş məşqçisi Bedri Meriç səfərdə "Gəncə"yə uduzduqları matçdan (71:94) - Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin ikinci oyunundan sonra fikirlərini bölüşüb:

Fanat.Az-ın məlumatına görə türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Evdə oynamağın üstünlüyündən yaxşı yararlandılar. Oyunçularımız yorğun idi, ehtiyat heyətimiz də kasaddır. Əsas basketbolçularımız da istədiyimiz performansı nümayiş etdirə bilmədilər. “Gəncə” 60-70 faiz 3 xallıq atışlardan istifadə etdi. Biz son vaxtlar 3 xallıq atışlarda problem yaşayırıq. Bunu son oyunda düzəltməyə çalışacağıq".

Qeyd edək ki, ilk qarşılaşmada "Şəki" qalib gəldiyi (85:84) növbəti raunda yüksələn komanda üçüncü görüşdə bəlli olacaq. Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər