"Mərhələni "Qarabağ" keçsəydi, məyus olmayacaqdım" - "Nant"ın baş məşqçisi

"Mərhələni "Qarabağ" keçsəydi, məyus olmayacaqdım" - "Nant"ın baş məşqçisi

Fransanın “Nant” komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Yunanıstanda “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında "Qarabağ"la bağlı danışıb.

Fanat.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis mərhələni Ağdam təmsilçisi keçəcəyi halda, buna üzülməyəcəklərini deyib:

“Qələbəyə baxmayaraq, mərhələni “Qarabağ” da keçə bilərdi. Buna görə heç vaxt məyus olmazdıq. Bakıdakı görüşü düşünmürdük. Peşman olmamaq üçün qalib gəlmək istəyirdik. Əsas odur ki, qrupdan başımız dik çıxdıq”.

G qrupunda 2-ci pilləni tutan “Nant” Avropa Liqasının pley-off mərhələsində Çempionlar Liqasından gələn komandalardan biri ilə qarşılaşacaq. “Qarabağ” isə qrup üçüncüsü kimi Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər