Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

Ötən gün avrokuboklarda 2-ci təsnifat mərhələsinin oyunlarında qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi yenilənib.

Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. 

Dünən meydana çıxan 3 komandamızdan heç biri mərhələ adlaya bilməsə də, həm "Neftçi", həm "Qarabağ", həm də "Zirə" reytinq əldə edib.

"Neftçi" səfərdə "Dinamo Minsk"i yenərək (1:0) ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib. "Qarabağ" "ÇSKA Sofiya" ilə (əsas və əlavə vaxtda 0:0 hesabı qeydə alınıb) görüşdən, "Zirə" isə "Payde"dən 0.125 əmsal qoparıb.  

Nəticədə cari mövsümdə qazanılan əmsal 2.625-ə yüksəlib. Bunun 1.000 əmsalı "Sabah"ın, 0.750-si "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə payına düşür.  

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.187-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın xal ehtiyatı 19,875-ə bərabərdir. Bir pillə öndə - 25-ci yerdə qərarlaşmış İsrailin isə 22.125 xalı var.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər