Menecerlər "Kəpəz"in adından alver edir - Klub bəyanat yaydı

Menecerlər "Kəpəz"in adından alver edir - Klub bəyanat yaydı
"Kəpəz" rəsmi saytında bəyanat yayıb. Fanat.az xəbər verir ki, bəyanatda bəzi menecerlərin klubun adından futbolçularla danışıq apardığı qeyd edilib.
Bəyanatı olduğu kimi təqdim edirik: "Son dövrlər bəzi "işbaz" menecerlər tərəfindən "Kəpəz" PFK-nın adından istifadə etməklə İrandan və bəzi ölkələrdən Azərbaycana futbolçular dəvət olunur. Belə oyunçulara klubun adından yalandan müəyyən vədlər verilir. Nəzərinizə çatdırırıq ki, "Kəpəz" PFK-nın belə menecerlərlə heç bir əlaqəsi yoxdur və futbolçuları bu cür insanlara inanmamağa çağırırıq. Əks təqdirdə bütün məsuliyyət onların öz üzərinə düşəcək". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər