"Mən nəfəs ala bilmirəm" - Lebron Ceymsdən Corc Floydun ölümünə reaksiya (FOTO)

"Mən nəfəs ala bilmirəm" - Lebron Ceymsdən Corc Floydun ölümünə reaksiya (FOTO)
"Leykers"in basketbolçusu Lebron Ceyms də Corc Floydun ölümünə səssiz qalmayıb.
Fanat.Az xəbər verir ki, Ceyms sosial media hesablarında, üzərində "I can't breathe" ("Mən nəfəs ala bilmirəm" - Fanat.Az) yazılmış köynəklə olan fotosunu paylaşıb.
Bazar ertəsi ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis məmuru Corc Floydu yaxaladıqdan sonra dizini onun boynuna dayamışdı. Təxminən 8 dəqiqə bu vəziyyətdə qalan Floyd dünyasını dəyişmişdi. 46 yaşlı mərhum son anlarında "Mən nəfəs ala bilmirəm" cümləsini işlətmişdi.
Ceymsin paylaşdığı foto 2014-cü ilə aiddi. O zaman başqa bir qaradərili - Erik Qarnerin polis müdaxiləsindən sonra öldürülməsinə məhkəmənin səssiz qalması ulduz basketbolçu və həmkarlarının qəzəbinə səbəb olmuşdu. Nəfəs almaqda çətinlik çəkən Qarner də son anlarında eyni sözləri işlətmişdi: "Mən nəfəs ala bilmirəm".
 
"Mən nəfəs ala bilmirəm" - Lebron Ceymsdən Corc Floydun ölümünə reaksiya (FOTO)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər