Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar


Media nümayəndələri Şamaxıda güləş zalı ilə tanış olublar

Azərbaycan Güləş Federasiyası tərəfindən Şamaxı şəhərinə təşkil olunan mediatur çərçivəsində jurnalistlər yerli güləş zalına baxış keçiriblər.

Fanat.Az xəbər verir ki, media nümayəndələrinə zalda yaradılan şərait, idmançıların məşq prosesi və gələcək planlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, bölgələrdə güləşin inkişafı, yeniyetmə və gənclərin idmana cəlb olunması istiqamətində ardıcıl işlər aparılır.

Tur iştirakçıları məşq zalında idmançılar üçün yaradılan şəraitlə tanış olub, məşq prosesini izləyiblər. Qeyd olunub ki, müasir avadanlıqlarla təchiz edilən zalda müxtəlif yaş qrupları üzrə güləşçilər hazırlıq keçirlər.

Federasiya nümayəndələri vurğulayıblar ki, regionlarda idman infrastrukturunun gücləndirilməsi Azərbaycan güləşinin gələcək uğurları baxımından mühüm əhəmiyyət daşıyır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər