Meddison "Arsenal"a keçməyə yaxındır

Meddison "Arsenal"a keçməyə yaxındır
"Lester"in futbolçusu Ceyms Meddisonun növbəti həftə London "Arsenal"ına keçəcəyi gözlənilir.
Fanat.Az "TheAFCBell"a istinadən xəbər verir ki, "topçular" bu keçiddə olduqca israrlıdır və Meddison londonluların əsas transfer hədəfidir.
 
Sözügedən oyunçuya 4+1 illik müqavilə, "Lester"də aldığından iki dəfə çox əməkhaqqı və "10" nömrəli futbolka vəd edilib.
Təklif Ceyms tərəfindən müsbət qarşılanıb. Hazırda "Arsenal" oyunçunun agenti ilə danışıq aparır. Bu yaxınlarda "Lester"ə rəsmi təklif göndərilməsi də gündəmdədir.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər