Mbappe "Real Madrid"dən ayrılır

Mbappe "Real Madrid"dən ayrılır
“Real Madrid”in fransalı ulduzu Kilian Mbappenin gələcəyi ilə bağlı iddia ortaya atılıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı jurnalist Fransua Qalyardonun məlumatına görə, Mbappe 2027-ci ilin yayında “Real Madrid”dən ayrılmaq qərarına gəlib.
Bildirilir ki, futbolçunun növbəti ünvanı İngiltərə Premyer Liqası olacaq və onun əsas seçimi “Liverpul”dur.
Qalyardo iddia edib ki, Mersisayda klubu artıq Mbappenin anası və agenti Fayza Lamari ilə əlaqə saxlayıb. Jurnalistin sözlərinə görə, fransalı hücumçu Madrid klubunun soyunub-geyinmə otağında özünü kifayət qədər dəstəklənmiş hiss etmir və bu vəziyyətdən narazıdır.
Mümkün transferin dəyəri 200-250 milyon avro civarında ola bilər. Bu məbləğ reallaşacağı təqdirdə Mbappenin transferi futbol tarixinin ən bahalı keçidi olacaq. Hazırda rekord 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçən Neymara məxsusdur.
Mbappenin “Liverpul”a mümkün keçidi ilə bağlı iddianın maraqlı tərəfi isə futbolçunun özünün daha əvvəl bu kluba keçməyə yaxın olduğunu açıqlamasıdır. O, “Monako”da çıxış etdiyi dövrdə Yürgen Kloppla görüşdüyünü və İngilətərə təmsilçisinə transfer variantının ciddi şəkildə müzakirə edildiyini bildirmişdi.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər