MBA-da ən yaxşılar müəyyənləşdi

MBA-da ən yaxşılar müəyyənləşdi

Milli Basketbol Assosiasiyasında (MBA) bir neçə kateqoriyada mövsümün ən yaxşıları müəyyənləşib.

Fanat.Az xəbər verir ki, “Denver Naggets”in serbiyalı mərkəz oyunçusu Nikola Yokiç mövsümün ən yaxşı basketbolçusu seçilib. O, ardıcıl ikinci mövsüm bu mükafata sahib olub.

27 yaşlı basketbolçu bu mövsüm müntəzəm çempionatda hər oyuna orta hesabla 27,1 xal, 13,8 ribaund və 7,9 məhsuldar ötürmə ilə yadda qalıb. 

“Finiks Sanz”a rəhbərlik edən Monti Uilyams isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb. 50 yaşlı amerikalı mütəxəssisin sayəsində Arizona klubu bu mövsüm müntəzəm çempionatın qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər