Mauritsio Sarri ilə qalmaqal - Kulibali illər sonra susqunluğunu pozdu

Mauritsio Sarri ilə qalmaqal - Kulibali illər sonra susqunluğunu pozdu

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Kalidu Kulibali “Napoli”də oynadığı dövrdə baş məşqçi Mauritsio Sarri ilə arasında baş verən maraqlı hadisəni danışıb.

Fanat.Az xəbər verir ki, Kulibali belə danışıb:

“Oğlum doğulmaq üzrə idi. Həyat yoldaşım mənə zəng etdi. Sarriyə getməli olduğumu dedim. O isə "xeyr, bu axşam sənə ehtiyacım var" cavabını verdi. Mən israr etdim və sonda o, yalnız oyuna qayıtmaq şərti ilə icazə verdi.”

Futbolçu əlavə edib:

“Doğuma çatdım, sonra oyuna qaçdım. Stadiona gəldim, paltardəyişmə otağında adım yox idi. Sarriyə baxıb soruşdum: "Zarafat edirsiniz?" O, gülümsəyərək "sənə ehtiyacım var, amma ehtiyat skamyasında" dedi. O an ağlamaq istədim. İndi isə bu hadisəyə gülürəm".

Hadisə futbol ictimaiyyətində geniş rezonans doğurub və bir sıra azarkeşlər Kulibalinin Sarriyə qarşı sözlərini “illərin hesabı” kimi dəyərləndirib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər