Martines argentinalını köhnə komandasına təklif edib

Martines argentinalını köhnə komandasına təklif edib
“Aston Villa”nın sabiq qapıçısı Emiliano Martines keçmiş klubuna argentinalı qolkiper Santyaqo Beltranı transfer etməyi tövsiyə edib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Witness" yayıb.
Mənbənin məlumatına görə, Martines “River Pleyt”in qapıçısı Beltranın “Aston Villa”ya keçidini istəyir. İngiltərə klubu da argentinalı futbolçu ilə maraqlanır və onun transferi ilə bağlı artıq ilkin addım atıb.
“Aston Villa” bu yay Martinesi “Çelsi”yə satdıqdan sonra qapıçı mövqeyində dəyişikliklərə gedib. Klub “Parma”dan yaponiyalı Zion Suzukini transfer edib və onu əsas qapıçı kimi nəzərdən keçirir. Bununla belə, komanda başqa bir qolkiper axtarışını davam etdirir.
Beltranın adı məhz bu səbəbdən gündəmə gəlib. 21 yaşlı qapıçı bu il “River Pleyt”in əsas komandasında debüt edib. O, 39 oyunda 15 dəfə qapısını toxunulmaz saxlayıb, 34 qol buraxıb. Qolkiperin klubla müqaviləsi 2027-ci ilin dekabrına qədər qüvvədədir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər