Marselo "Qarabağ"la oyunla bağlı bunları yazdı 

Marselo "Qarabağ"la oyunla bağlı bunları yazdı 

"Olimpiakos"un braziliyalı ulduzu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları matçdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.

Fanat.Az xəbər verir ki, o, rəsmi "Facebook" hesabında "Olimpiakos" klubunda rəsmi debüt etdiyi "Qarabağ"la görüş barədə yazıb: "Demək olar ki, 5 ay oynamadan sonra geri qayıtmaq asan deyil... Amma mən qayıdacağam. Lakin bəhanə yoxdur! Bu, mənim gözlədiyim debütüm deyildi. Əminəm ki, bundan sonra yaxşı olacaq". Xatırladaq ki, Marselo "Qarabağ"la görüşün 60-cı dəqiqəsində meydana daxil olub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər