Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

“Olimpiakos”un yeni transferi Marselo Yunanıstan təmsilçisindəki ilk oyununu UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sentragoal" nəşri yayıb. 

Xəbərə görə, Pirey təmsilçisinin baş məşqçi Miçel Qonsales braziliyalı futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.

34 yaşlı müdafiəçinin oktyabrın 2-də “Atromitos”a qarşı Yunanıstan Super Liqasının 6-cı tur matçında meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matç saat 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər