Maldininin oğlu İtaliyada klubunu dəyişdi

Maldininin oğlu İtaliyada klubunu dəyişdi

İtaliyanın "Kalyari" klubu "Atalanta"nın futbolçusu Daniel Maldinini icarəyə götürüb.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

24 yaşlı yarımmüdafiəçi 2027-ci ilin yayında qədər yeni komandasında özünü göstərəcək.

Maldini "Milan"ın yetirməsidir. 2022-ci ildə "qırmızı-qaralar"dan ayrılan oyunçu daha öncə icarə əsasında ölkəsində "Spetsiya", "Empoli" və "Montsa" komandalarında çıxış edib.

Qeyd edək ki, Daniel "Milan"ın əfsanəsi Paulo Maldininin oğludur.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər