Macarıstanlı forvard "Qarabağ"a qarşı oynamaq istəyir

Macarıstanlı forvard "Qarabağ"a qarşı oynamaq istəyir

Almaniyanın “Frayburq” klubunun yarımmüdafiəçisi Roland Şallai zədəsini sağaldıb. 

Fanat.Az xəbər verir ki, 25 yaşlı macarıstanlı futbolçu Almaniya mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Qarabağ”a qarşı keçirəcəkləri səfər oyununda meydana çıxmaq istədiyini bildirib:   “Qarabağ"la oyunda iştirakım çox yaxşı olardı. Bu barədə baş məşqçi ilə danışmışam. Heyətdə yer alacağıma və ən azı 10-15 dəqiqə oynayacağıma ümid edirəm. Uzunmüddətli fasilədən sonra bundan artığını etmək çətindir”.   Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər