Lüksemburqun idman naziri "Qarabağ"dan üzr istədi

Lüksemburqun idman naziri "Qarabağ"dan üzr istədi
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda hazırda  "Qarabağ” Lüksemburqda "Düdelanj”ın qonağıdır.
Qol.az xəbər verir ki, matçın 31-ci dəqiqəsində baş verən erməni təxribatına görə Lüksembruqun idman naziri "Qarabağ” komandasının üzvlərinə yaxınlaşaraq onlardan üzr istəyib. O, daha sonra stadionun tribunasından baş verənləri təxribat adlandırıb və Azərbaycan tərəfindən üzr istəyib.
Xatırladaq ki, matçın 31-ci dəqiqəsind separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər