Litva millisinin üzvü "Qarabağ"ı "zəif" adlandırdı

Litva millisinin üzvü "Qarabağ"ı "zəif" adlandırdı

Litvanın “Jalgiris” klubunun yarımmüdafiəçisi Mantas Kuklis Çempionlar Liqasının püşkatmasından narazı qalıb. Fanat.Az xəbər verir ki, o, komandasının Bolqarıstan "Ludoqorets"i ilə yox, "Qarabağ" və ya "Partizan"la düşməsini istədiyini bildirib:

“Fikrimcə, bizim üçün uyğun rəqiblər “Qarabağ” və “Partizan” idi. Nisbətən zəif rəqiblər idi. Bu komandalardan biri ilə oynamaq yaxşı olardı. Amma püşk “Ludoqorets”i bəxtimizə çıxardı. Onlar Çempionlar Liqasında oynamış komandadır. Çətin olacaq. Düzdür, güclü komandalarla matç həmişə maraqlı olur”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər