Liqa I: "Qarabağ"ın rəqibi darmadağına sevindi

Liqa I: "Qarabağ"ın rəqibi darmadağına sevindi

Fransa Liqa 1-də XI turun görüşləri keçirilib.

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da üçüncü oyun günündə meydana çıxıb. Sözügedən komanda doğma meydanda “Brest”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda darmadağınla qalib gəlib – 4:1.

“Nant” 11 turdan sonra 10 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. “Qarabağ” bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.

Qeydə alınan nəticələri təqdim edirik:

Liqa 1

XI tur

16 oktyabr

Tuluza - Anje 3:2 Qollar: Deyaqere, 10, Van den Bomen, 40-pen, Spirinqs, 67 - Bentaleb, 33, Salama, 90+2 Oser - Nitsa 1:1 Qollar: Da Koşta, 42 - Delor, 20 Nant - Brest 4:1 Qollar: Simon, 35, Qanaqo, 36, Mustafa Məhəmməd, 71, Sissoko, 88 - Fadoqa, 18 Renn- Lion 3:2 Qollar: Terrye, 38, 77, Quiri, 47 - Lyakazet, 23, 72 Trua - Ayaçço 1:1 Qollar: Poroso, 76 - Əl-İdrissi, 88 Monako - Klermon 1:1 Qollar: Embolo, 31 - Andriç, 53 PSJ - Marsel 1:0 Qol: Neymar, 45+1

15 oktyabr

Loryan – Reyms 0:0

Lans – Monpelye 1:0 Qol: Said, 68.

14 oktyabr

Strasburq – Lill 0:3 Qollar: David, 41-pen; 76, Kabelya, 80.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər