Liqa 1: "Olimpik Lion"PSJ ilə bacarmadı

Liqa 1: "Olimpik Lion"PSJ ilə bacarmadı

Fransa Liqa 1-də 15-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün 5 oyun baş tutub.

“Monpelye” – “Nitsa” matçında qalib müəyyənləşməyib. “Havr” evdə “Strasburq”a uduzub. “Brest” “Nant”ı, “Renn” “Anje”ni, PSJ də Lion “Olimpik”ini məğlub yola salıb.

Hazırda 37 xala malik PSJ vahid liderdir. Marsel “Olimpik”i ilə “Monako” 30, “Lill” 27, Lion “Olimpik”i 25, “Nitsa” və “Lans” 24 xal toplayıb.

Fransa Liqa 1 15-ci tur 13 dekabr

Tuluza - Sent-Etyen 2:1 Qollar: Babiçka, 55. Abuxlal, 85 – Stassin, 53.

14 dekabr

Olimpik Marsel – Lill 1:1 Qollar: Merlin, 17 – Diakite, 87.

Oser – Lans 2:2 Qollar: Perrin, 31. Oşo, 73 – Əl-Aynaui, 22. Nzola, 45.

Reyms – Monako 0:0

15 dekabr

Monpelye – Nitsa 2:2 Qollar: Şotar, 22. Sent-Lus, 80 – Labord, 17. Buanani, 28. 

Brest – Nant 4:1 Qollar: Dumbiya, 24. Şardonne, 27. Sima, 88; 90+3 – Auqusto, 48.

Havr – Strasburq 0:3 Qollar: Diarra, 28. Nanasi, 32. A.Santos, 90.

Renn – Anje 2:0 Qollar: Qronbek, 33. Assinyon, 90+2.

PSJ – Olimpik Lion 3:1 Qollar: Dembele, 8. Vitinya, 14-pen. Q.Ramos, 88 – Mikautadze, 40.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər