Liqa 1: "Qarabağ"ın rəqibi Bakıya məğlub gəlir

Liqa 1: "Qarabağ"ın rəqibi Bakıya məğlub gəlir

Futbol üzrə Fransa çempionatında 25-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun əksər qarşılaşmaları son oyun gününə təsadüf edib.

“Reyms” - “Brest”, “Sent-Etyen” - “Strasbur” və “Bordo” - “Monako” matçlarında qalib müəyyənləşməyib.

“Nitsa” “Anje”ni, “Renn” “Trua”nı məğlub yola salıb. “Loryan” öz meydanında “Monpelye”yə boyun əyib.

Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” üzərində 3:1 hesablı qələbə qazanan “Olimpik Marsel” isə evdə “Klermon”a uduzub.

Fransa Liqa 1 25-ci tur

20 fevral   Nitsa – Anje 1:0 Qol: Kluyvert, 19.   Loryan – Monpelye 0:1 Qol: Savanye, 56.   Reyms – Brest 1:1 Qollar: Faes, 4 – Satriano, 34.   Renn – Trua 4:1 Qollar: Jirassi, 14; 20. Terrye, 75. Laborde, 87 – Uqbo, 39.   Sent-Etyen – Strasbur 2:2 Qollar: Budebuz, 4. Xazri, 34 – Diallo, 21. Perrin, 30.   Bordo – Monako 1:1 Qollar: Udin, 22 – Marselo, 67-öz qapısına.   Olimpik Marsel – Klermon 0:2 Qollar: Bayo, 13. Allevina, 84.

19 fevral

Lans – Olimpik Lion 1:1 Qollar: Kloss, 13, Kadevere, 44. 

Nant – PSJ 3:1 Qollar: Kolo, 4, Merlen, 16, Blas, 45+5, pen. - Neymar, 47.  Qırmızı vərəqə: Neymar, 59. 

18 fevral   Lill – Mets 0:0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər