“Linfild”in "Qarabağ"la oyununa bir azarkeş gələcək

“Linfild”in "Qarabağ"la oyununa bir azarkeş gələcək
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ” öz meydanında "Linfild”iqəbul edəcək. 
Fanat.az xəbər verir ki, Bakıda keçiriləcək oyuna Şimali İrlandiyadan cəmi bir azarkeş gələcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu İngiltərənin Derbi şəhərindən olan Filipp Middltondur. O, avqustun 27-də London-Frankfurt-Bakı reysi ilə yola çıxacaq.
Qeyd edək ki, "Linfild” komandası isə eyni tarixdə çarter reysi ilə Bakıya uçacaq. Bu, klubun tarixində ən uzaq məsafəli səfər olacaq.
Xatırladaq ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.
 
“Linfild”in "Qarabağ"la oyununa bir azarkeş gələcək
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər