Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade ilə yaxından maraqlanır.
Fanat.Az Polşa mətbuatına istinadən xəbər verir ki, Varşava təmsilçisi kabo-verdeli oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Yazılanlara inansaq, Ağdam təmsilçisi də bu keçidin gerçəkləşməsinin əleyhinə deyil. Mənbə "köhlən atlar"ın 28 yaşlı futbolçu üçün "Legiya"dan rəsmi təklif gözlədiyi bildirilib.
Qeyd edək ki, Patrik Andrade 2020-ci ilin yayından "Qarabağ"ın formasını geyinir. O, cari mövsümdə 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.