Legioner qapıçı "Qarabağ"da - RƏSMİ

Legioner qapıçı "Qarabağ"da - RƏSMİ

 “Qarabağ” ilk əcnəbi transferini həyata keçirib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, ağdamlılar ukraynalı qapıçı Anton Kanibolotski ilə ikiillik müqavilə imzalayıb.

 

Qolkiper artıq komandanın Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

 

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan Kanibolotski daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

 

Kanibolotski vaxtıyla Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da çağırılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər