Lebron Ceymsdən yeni rekord

Lebron Ceymsdən yeni rekord

ABŞ-nin “Los Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

Fanat.Az xəbər verir ki, 39 yaşlı idmançı peşəkar karyerasında 40000-ci xalını qazanıb.

Lebron buna "Denver"ə uduzduqları (114:124) qarşılaşmada nail olub. Beləliklə, əfsanəvi oyunçu öz rekordunu yeniləyib.

Ceyms 2023-cü ildə Kərim Abdul-Cabbarı geridə qoyaraq NBA-da ən məhsuldar basketbolçu adına sahib çıxmışdı.

Qeyd edək ki, 2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər