Lebron Ceymsdən tarixi rekord

Lebron Ceymsdən tarixi rekord

ABŞ-nin “Los Anceles Leykers” klubunun lideri Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı basketbolçu müntəzəm mövsümün Qərb Konfransında “Nyu-Orlean Pelikans”la görüşdə 28 xal, 11 ribaund və 17 assistlə tripl-dabl edərək tarixə düşüb.

Bununla əfsanəvi basketbolçu karyerası ərzində NBA-da 40 min xal, 11 min ribaund və 11 min assistə çatan ilk oyunçu olub.

Qeyd edək ki, “Nyu-Orlean Pelikans” üzərində 124:108 hesablı qələbə qazanan “Los Anceles Leykers” Qərb Konfransında 8-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər