Lebron Ceyms matç zamanı azarkeşlərin üstündən "uçdu"  - VİDEO

Lebron Ceyms matç zamanı azarkeşlərin üstündən "uçdu"  - VİDEO

"Los Anceles Leykers"in 38 yaşlı lideri Lebron Ceyms "Los Anceles Klippers" ilə   matçında topun kənara çıxmasınnın qarşısını alarkən tribunalara uçaraq azarkeşlərin üstünə düşüb.

Fanat.Az xəbər verir ki, epizod  Lebronun  "Klippers"in oyunçusu Kavaya Leonardla top uğrunda  mübarizəsi zamanı baş verib. Xəsarət alan olmayıb.

Xatırladaq ki, “Klippers” “Leykers”i 133:115 hesabı ilə məğlub edib. Ceyms bu görüşdə 46 xal toplayaraq hər iki komandanın ən məhsuldar oyunçusu olub. O, həmçinin səkkiz ribaund və yeddi asistə malikdir.

Klippers ilə oyundan sonra Ceyms NBA rekorduna imza atıb.

Rafael

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər