Leau Premyer Liqa nəhənginin təklifinə cavab verdi

Leau Premyer Liqa nəhənginin təklifinə cavab verdi

"Milan"ın vingeri Rafael Leau bir neçə tanınmış klubun radarındadır. 

Fanat.Az xəbər verir ki, bu klublardan biri də “Arsenal”dır. 

Məlumatı "FootballTransfers" yayıb. Xəbərə görə, London klubunun rəsmiləri mümkün yay transferi ilə bağlı Leau ilə əlaqə saxlayıblar. “Topçular” portuqaliyalının mövsümün ortasında transferə necə baxdığını öyrənmək istəyiblər. Ancaq Leau bütün diqqətini "Milan"la cari mövsümə cəmlədiyini və yanvarda heç yerə getməyəcəyini bildirib. 

"Arsenal" növbəti dəfə futbolçu ilə yayda əlaqə saxlayacaq. 

Nüfuzlu "Transfermarkt" 25 yaşlı Rafael Leaunu 75 milyon avro dəyərində qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər