Leandro Andrade "Qarabağ"da? - AÇIQLAMA

Leandro Andrade "Qarabağ"da? - AÇIQLAMA

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Bolqarıstanın "Çerno More" klubunun vingeri Leandro Andradenin Ağdam təmsilçisinə keçdiyi barədə yayılan informasiyaya münasibət bildirib.

Klub rəsmisi Fanat.Az-a açıqlamasında belə deyib:

"Bəli, bu futbolçu danışıqlar apardığımız futbolçulardan biridir. Lakin Leandronun klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Danışıqlarımız müsbət nəticlənərsə, bu haqda rəsmi məlumat verəcəyik".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər