“Kəpəz”də yeni baş məşqçi təyinatı reallaşdı

“Kəpəz”də yeni baş məşqçi təyinatı reallaşdı

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Gəncə təmsilçisi Adil Şükürovla anlaşıb. 48 yaşlı mütəxəssislə 2 illlik müqavilə imzalanıb.

O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"in baş məşqçisi olub.

Qeyd edək ki, Adil Şükürov “Kəpəz”də futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə "Kəpəz"in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər