Lamin Yamal Türkiyə millisinə qarşı oynamayacaq

Lamin Yamal Türkiyə millisinə qarşı oynamayacaq

İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Gürcüstan və Türkiyə ilə oyunlarına ciddi itki ilə çıxacaq.

Fanat.Az xəbər verir ki, "Barselona"nın vingeri Lamin Yamal komandaya kömək edə bilməyəcək. 

Bu barədə İspaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu qasıq nahiyəsində olan ağrılara görə millinin heyətindən çıxarılıb. Yığmanın düşərgəsini tərk edən Yamalın 7-10 günlük istirahət etməsi qərara alınıb.

İspaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də səfərdə Gürcüstan, noyabrın 18-də isə doğma meydanda Türkiyə yığması ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər