ÇL: "LANDAU Lions" avrokubokda mübarizəyə başlayır

ÇL: "LANDAU Lions" avrokubokda mübarizəyə başlayır

Azərbaycanın basketbol komandası "LANDAU Lions" avrokubok mövsümündə mübarizəyə başlayır.

Fanat.Az xəbər verir ki. təmsilçimiz bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq. 

"Şirlər" Latviyanın "VEF Riqa" kollektivi ilə üz-üzə gələcək. Oyun Bolqarıstanın Samokov şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.

Qeyd edək ki, cütün qalibi növbəti raundda "Opava" (Çexiya) - "Dziki" (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Avropa Kubokunun G qrupunda davam edəcək.

FİBA Çempionlar Liqası 2-ci mərhələ 14 sentyabr

15:15 "VEF Riqa" (Latviya) – "LANDAU Lions" (Azərbaycan) Samokov (Bolqarıstan).  

Xatırladaq ki, Azərbaycanın digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq. B qrupunda yer alan "bayquşlar" "Rytas" (Litva), "Nanterre 92" (Fransa) və "Trabzonspor" (Türkiyə) komandaları ilə mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər